Rusiya bu ölkələrlə sərhəddə taktiki nüvə silahı yerləşdirəcək - FOTO

Dünən axşam Rusiyanın dövlət televiziyalarından birində yayımlanan proqramda Moskvanın İsveç və Finlandiya sərhədinə yerləşdirəcəyi taktiki nüvə silahlarının mümkün koordinatlarının xəritəsi paylaşılıb.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, “Rossiya 1” kanalında yayımlanan proqramda bildirilib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə, Rusiya qərb sərhədlərinin müxtəlif nöqtələrində taktiki nüvə silahı yerləşdirəcək.

Məlumatda qeyd olunur ki, İsveç və Finlandiyada NATO bazaları yaradılarsa, Rusiyanın  taktiki nüvə silahından istifadə etməkdən başqa yolu qalmayacaq.

Xatırladaq ki, Rusiyanın keçmiş liderlərindən olan Dmitri Medvedev də ötən həftələrdə oxşar bəyanatla çıxış edib. O, bildirib ki, NATO-nun sərhədləri genişlənərsə, Rusiya nüvə silahı və hipersəs raketlərindən istifadə edə bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar