Avropa İttifaqı Ukraynaya 500 milyon avroluq maliyyə yardımını təsdiqləyib

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ukraynaya növbəti maliyyə yardımının göstərilməsini dəstəkləyib. Pul hərbi texnikaya xərclənəcək.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel keçirdiyi brifinqində deyib.

Borrel Aİ-nin Ukraynaya hərbi məqsədlər üçün 500 milyon avro köçürəcəyini bildirib. Bu pula zirehli texnika, tanklar, ağır artilleriya və döyüş sursatları alınacaq.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqından Ukraynaya ümumi maliyyə yardımı 2 milyard avroya çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar