Menu

“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov

18.05.2022, 14:56
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov

“Əgər indiki kimi düşünsəydim, zamanında Şamil Basayev və Əmir Xəttab kimi terroristləri məhv edərdim, belə imkan var idi”.

APA “RİA Novosti“yə istinadən xəbər verir ki, bu sözləri Çeçenistanın başçısı Ramzan Kadırov “Bilik” cəmiyyətinin "Yeni Üfüqlər" marafonunda “Səhvləri olubmu?” sualını cavablandırarkən deyib.

“Çatışmazlıqlar vardı. Mən həmişə düşünürəm ki, əgər 1996-1998-ci illərdə mən indiki kimi düşünsə və situasiyanı indiki kimi bilsə idim, mən Basayevi, Xəttabı və qalanlarını məhv edərdim. O vaxt mənim buna imkanım var idi. O zaman ikinci kompaniya da olmazdı. Bax, bu mənim böyük səhvimdir ki, o vaxt buna yetəcək ağlım və düşüncəm çatmadı”, - Çeçenistan başçısı vurğulayıb.

Şərhlər

ramzana 2022-05-18 17:44:39

sənin ağlıva keçə yamayım satqın!

ziko 2022-05-18 17:25:42

sən o vaxt kim idin ki.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol