Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.
Bu barədə APA-ya ittifaqın katibi Baba Vəziroğlu məlumat verib.
Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.


Şərhlər
Rüstəm İbrahimbəyav bir rus casusu idi.O,Azərbaycan kinosunu Rusiyanın tabeliyində görmək istəyirdi.Azərbaycanın milli mədəniyyətinə ögey münasibət bəsləyirdi.Ramiz Fətəliyev də onun istəyinə uyğun adamdır.İnşasllah,Rasim Balayev milli kinomuza lazımi dəstəyi verər.