Menu

“Əvvəlki dünya olmayacaq, qayıtmayacaq, gözləmək olmaz” – Kiriyenko

19.05.2022, 00:03
“Əvvəlki dünya olmayacaq, qayıtmayacaq, gözləmək olmaz” – Kiriyenko

“Əvvəlki dünya olmayacaq, qayıtmayacaq, o, göz qabağında dəyişir və gözləmək olmaz, yoxsa yeni dünya bizsiz formalaşacaq”.

Bunları mayın 17-də Rusiya Federasiyası Prezidenti Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko «Yeni üfüq» marafonunun açılışında bəyan edib.

«Dünya dönməz olaraq, dəyişir. İnsanların «gəlin bir qədər gözləyək, hər şey geri qayıdacaq, əvvəl olduğu kimi» arzusu geri qayıtmayacaq. Dünya bizim gözlərimiz qarşısında dəyişir və dönməz olaraq dəyişməkdə davam edir. Gözləmək olmaz. Əgər gözləsən, o deməkdir ki, bu yeni dünya bizsiz formalaşacaq. Biz, gözləyə bilmərik, çünki məhz indi belə söhbətin vaxtıdır» - o, deyib.

Kiriyenko qeyd edib ki, informasiya müharibəsi və çoxlu sayda feyklər peşəkar və aqressiv olurlar, ona görə, öz tarixini bilmək lazımdır ki, aldanmayasan. Onun sözlərinə görə, "Rusiya özü olmaq hüququnu qoruyur, həm də nəinki öz hüququnu, üstəlik, planetdəki istənilən xalqın hüququnu - özü olmaq və hansı dildə danışmaq hüququnu".

AzPolitika.info

Şərhlər

Roma 2022-05-19 10:55:51

"Rusiya özü olmaq hüququnu qoruyur, həm də nəinki öz hüququnu, üstəlik, planetdəki istənilən xalqın hüququnu - özü olmaq və hansı dildə danışmaq hüququnu"....Bu Kiriyenkoya demək lazımdır, kiri otur yerində, Rusiya dünyanın Jandermeriyası olub, çatana çatır, çatmayana da daş atır, el misalında deyildiyi kimi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol