Xəbər verdiyimiz kimi, may ayının 16-da İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı Mircavad Mircəlal oğlu Musayevi güllələyərək öldürüb. Mayın 18-də onun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Musavat.com xəbər verir ki Mircavad Musayev bu gün Şabran şəhər qəbristanlığında dəfn edilib
Atası pensiyaçı olan gənc hərbi xidmətdə də olub. Təxminən 5 aydır ki, onun Bakıya, iş dalınca getdiyi bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.
***
İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:
“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”- deyə,məlumatda bildirilir.


Şərhlər