Satanizm - Rusiya dövlətinin başlıca düşmənidir.
Bunu Çeçenistanın başçısı Ramzan Kadırov «Yeni üfüqlər» marafonunun birbaşa efirindən mayın 18-də bəyan edib.
«Onlar bizi parçalamaq üçün, bizim mədəniyyətimizi, tariximizi məhv etmək müçün hər şeyi edirlər ki, bizim qəhrəmanlar unudulsun. Bax, bizim prezidenitimiz nəyə qarşı mübarizə aparır» - Kadırov deyib.
O, auditoriyanı Vladimir Putinə oxşamağa çağırıb. «Bizim ali baş komandanımız var, o, bizim üçün nümunədir. Hamıya məsləhət görürəm ki, bu unikal insana oxşasınlar - o, ağıllı və təhsillidir, hər şeydən xəbəri var ki, ölkə ərazisində nələr baş verir. Mən, narahatlıqdan öz kəndimin adını unuda bilərəm, o isə unutmur. Və həmişə onunla görüşə gedəndə hazırlıqlı olmaq lazımdır. Və xalq ona çox inanır» - Kadırov qeyd edib.
Amma nədənsə Putin «satana»nı (iblisi) Amerika Birləşmiş Ştatlarında yox, Rusiyanın «qulağının dibində» axtarır - axı satanizmin «vətəni» ABŞ-dır. Buradan açıq görünür ki, «şeytan ovçusu» Ramzan Kadırovun sözü ilə əməli düz gəlmir və o, Roma Papasından artıq katolik olmaq eşqinə düşüb.
AzPolitika.info


Şərhlər
Qədirovun ..tupoy..sifətini görəndə adam lap Rusiyaya nifrət eləyir,nə savadı var,nə qeyrəti,nədə mənəviyyatı!
Çeçenistan gör kimin əlində qalıb?