Menu

Alimpaşa Məmmədovun həbs müddəti daha 5 ay uzadıldı

19.05.2022, 17:12
Alimpaşa Məmmədovun həbs müddəti daha 5 ay uzadıldı

Səbail Rayon Məhkəməsi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı qərar verib.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol