Menu

“Ukraynada Rus Radiosu”nun adı dəyişdirilərək "Bayraktar" adlandırılıb

19.05.2022, 18:38
“Ukraynada Rus Radiosu”nun adı dəyişdirilərək "Bayraktar" adlandırılıb

Ukraynanın Teleradio Yayımı üzrə Milli Şurası “Ukraynada Rus Radiosu” şirkətinin lisenziyasını ləğv edib. “Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şura məlumat yayıb.

Qurumun mayın 19-da keçirilən iclasında radionun “Radio Bayraktar” adlanmasına dair qərar qəbul olunub. Bundan sonra “Ukraynada Rus radiosu” adı kimi, loqosunu da dəyişib.

Xatırladaq ki, bu il fevralın 27-də TAVR Media radiostansiya qrupu “Ukraynada Rus radiosu”nu qəbul etməmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol