Jurnalist Qadir İbrahimli dəfn olunub - YENİLƏNİB (FOTOLAR)

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli dəfn olunub. "Report" xəbər verir ki, mərhum Lənkəran şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində onun yaxınları, mətbuat nümayəndələri iştirak edib.

***

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, mərhumun meyiti dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.

O, bu gün torpağa tapşırılacaq.

***

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, vida mərasimi mərhumun yaşadığı "Jurnalistlər binası"nın qarşısında baş tutur.

Mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi daha sonra dəfn olunmaq üçün Lənkəran şəhərinə aparılacaq.

***

Mərhum jurnalist Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib.

"Report"un xəbərinə görə, onun nəşi əvvəlcə Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılaraq orada yuyulacaq.

Daha sonra isə "Jurnalistlər binası"nın qarşısında Q.İbrahimli ilə vida mərasimi keçiriləcək.

Vida mərasimində sonra o, Lənkəran şəhərinə aparılaraq orada dəfn ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar