Menu

Fransa hökumətinin tərkibi dəyişib

20.05.2022, 22:23
Fransa hökumətinin tərkibi dəyişib

Fransa hökumətində yeni nazirlər təyin edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.

Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən şöbəyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.

Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əlavə, Ameli de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol