Menu

Azərbaycana yeyinti məhsullarının idxalı 11% artıb

21.05.2022, 11:50
Azərbaycana yeyinti məhsullarının idxalı 11% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 703 901,3 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 11% artıb.

Ümumilikdə cari ilin ilk dörd ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,42% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,57 faiz bəndi azdır

Şərhlər

Vətəndaş 2022-05-21 12:21:18

Azərbaycanda yeyinri məhsulları istehsalı rəşkil etmək nə çətin işdir ki,bunu etmirik.Əksinə idxalla lovğalanırıq. Beləliklə biz hara gedirik?Axı idxalı artırmaq irəliləyiş yox,geri addımdır.Bunu anlamırlar?Bu qədər işsizi olan məmləkətdə idxalı azaltmaqla,istehsalı artırmaqla işsizliyə yardım etmək olduğu hakimiyyətdə olanlara bəlli deyilmi?pambığı olan ölkədə milləti idxal olunan sintetik geyimlərlə təmin etməyin nə ilduğunu anlamayan iqrisadiyyarçılar,hakimiyyətin lovğalanmasının yeri yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol