"Sülh Ermənistan üçün bir tələbdir" - "Brüsseldə növbəti görüş ciddi prosesin başlanğıcı ola bilər..."

"Mayın 22-də Brüsseldə keçiriləcək görüş ciddi danışıqlar prosesinin başlanğıcı ola bilər".

"AzPolitika.info" xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan Azərbaycan və Ermənistan liderlərinin sabah baş tutması gözlənilən görüşünü şərh edərkən deyib.

“Ermənistana sülh lazımdır. Sülh Ermənistan üçün bir tələbdir. Lakin hazırkı hakimiyyətin ötəri ictimai əhval-ruhiyyələrə boyun əyib-əyməyəcəyi, təhrikə gedib-getməyəcəyi tamam başqa bir məsələdir. Qeyd olunmalıdır ki, böyük bir ehtimalla kifayət qədər ciddi danışıqlar prosesi gedir. Biz görürük ki, xarici işlər nazirləri arasında ilkin görüşlər olur. Bu görüşlər o vaxt baş verir ki, birinci şəxslərin görüşünədək nələrsə ciddi müzakirə edilməlidir. Odur ki, ola bilsin, Brüsseldə birinci şəxslərin görüşündən nələrisə gözləyə bilərik”,-ekspert vurğulayıb.

Areq Koçinyan hesab edir ki, söhbət sülh müqaviləsini nəzərdə tutan böyük paketdən getmir: “Mən daha çox belə bir fikrə meyllənirəm ki, söhbət delimitasiya-demarkasiya ətrafında hansısa konkret addımlardan gedir. Bunun üçün iki dəfə tarix göstərilmişdi. Tarixi bir dəfə Avropa, bir dəfə də Rusiya bəyan etmişdi”.

Politoloqun fikrincə, belə bir təsəvvür yaranır ki, iki platforma – Brüssel və Moskva platformaları rəqabətə giriblər. Koçinyan deyir ki, iki platforma arasında belə rəqabət Ermənistan üçün çox təhlükəlidir: “Çünki bir tərəfdən bir platformadan – Moskva platformasından böyük asılılıq var, digər tərəfdən mən düşünürəm ki, Ermənistan üçün Avropanın vasitəçiliyi daha sərfəli və daha səmərəli olardı”.

Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi 6 təklifdən söz açan iqtidaryönlü deputat Vigen Xaçatryan isə deyib ki, Bakının bu təklifləri rədd etməsi təkliflərin İrəvanın maraqlarına uyğun olduğunu göstərir: “Azərbaycan hər bir vəchlə bu prosesə mane olub onu iflasa uğratmağa, əngəlləməyə çalışacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Həsən 2022-05-21 14:39:19

Bu danışıqlarında hec nbir nəticəsi olmayacaq. Ona görəki ermənistan müstəqil dövlət deyil. Əgər istəyirsiz sülh olsun,bunun acarı rusiyayadı. Ermənilərin beynalxalq hüquqdan xəbəri yoxfur.

sülh DEYƏNDƏ 2022-05-21 13:48:15

Erməni sektasl üçün Ermənistan yaradılandan oradan 50 ilə 83% yerli türk, 1987-88ci illərdə de fakto yarım milyon azərbaycanlı ailəsi oradan zorla deport edililib? 1987-94cü illərdə Kremlin susqun-dəstəyi ilə yarım milyondan çox azərbaycanlı ailələrini milli-etnik terrorçular öz doğma mülklərindən qovublar? Tarixin bu vəhşi münasibətinə hüquqi mühakimə əvəzinə süni DQMV münaqişəsi adı uydurulub?

Son yazılar