Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türk xalqların ABŞ-da yaşayan icmalarının fəallarının izdihamlı yürüşü təşkil edilib.
Manhetten adasında baş tutan izdihamlı yürüşdə bayraqlarla bəzədilmiş maşınlar şəhərin əsas meydan və küçələrində dövrə vurublar.
“Report”un yerli bürosu xəbər verir ki, yürüşdə Azərbaycanın Vaşinqtodakı səfiri Xəzər İbrahim və Türkiyənin səfiri Həsən Murad Mərcan da iştirak edirlər. Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb.
Yürüş davam edir.


Şərhlər