Menu

MSK seçkiyə qatılan 8-ci partiyanı qeydə alıb

06.11.2014, 09:16
MSK seçkiyə qatılan 8-ci partiyanı qeydə alıb

Noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

“Media forum” saytı bildirir ki, bələdiyyə seçkilərinə indiyədək Demokratik İslahatlar, Sosial Demokrat, Böyük Quruluş, Ana Vətən, Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi və Ümid partiyaları da qatılıb.

118 seçki dairəsini əhatə edən seçkilərdə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Seçki Məcəlləsinə görə, bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına pulsuz efir vaxtı ayrılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol