Menu

"Qarabağ" "Dnepr"ə qarşı

06.11.2014, 09:21
"Qarabağ" "Dnepr"ə qarşı

Ağdam təmsilçisi doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edəcək

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək. ANS PRESS-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edəcək.

Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaq.

"Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol