AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovla həmin institutun icraçı direktoru Zaur Həsənov arasında baş verən mübahisə dava ilə nəticələnib.
Demokrat.az-ın məlumatına görə, mübahisə zamanı Abbas Seyidov Zaur Həsənovu zor gücü ilə kabinetindən qovub. Bu zaman tərəflər bir-birinə qarşı təhqir və ağır ittihamlar səsləndirib.
Xatırladaq ki, Abbas Seyidov və Zaur Həsənov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev tərəfindən bu vəzifələrə təyin edilib.
Qeyd edək ki, Zaur Həsənov Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun oğludur.


Şərhlər
Bir institutda Baş direktor və əlavə icraçı direktor nə deməkdir? Bu məsrəfçilik deyilmi? Məgər Baş direktor öz vəzifəsini icra etməməli,əlavə məsrəflə ikinci şəxs lazımdır?Bu nə idrafçılıqdır? Dərhaı AMEA-da institutların və AMEA-nın ştat cədvəlinə diqqət yetirilməli belə lazımsız yerə şiirdilmiş ştat vahidləri ləğv edilməlidir.Ən mühüm isə Naxçıvan klanını Akademiyadan təmizləmək,onları uyğun sənaye sahələrində işləməyə göndərmək bəlkə ölkəyə bir fayda ver.İllərlə onlar AMEA və institutlarında yuva salmış və əslində fayda verəcək bir nəticə ortaya çıxara bilməyiblər (bir-bitrlərinə titl yapışdırmaqdan başqa )
Allah Rəhmət Eləsin! Görəsən bu yazıq niyə belə elədi ?