Menu

“Burqa əfqan ənənəsi deyil” – Həmid Kərzai

24.05.2022, 00:20
“Burqa əfqan ənənəsi deyil” – Həmid Kərzai

Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai CNN-ə müsahibəsində deyib ki, üzü örtmək üçün istifadə olunan hicab və burqa əfqan ənənəsi deyil.

O, bildirib ki, burqa Əfqanıstana yəqin ki, 200-300 il əvvəl gəlib və kənd qadınları da bunu geyinmir.

İslam Əmirliyinin bütün telekanallarda çalışan qadın aparıcılara proqram təqdim edərkən üzlərini örtmələri ilə bağlı verdiyi yeni fərmana gəlincə, keçmiş Prezident deyib ki, qadınlar bu əmrə tabe olmamalı, üzlərini ötrməməlidir: “Çünki bunun hicabla heç bir əlaqəsi yoxdur - bunun Əfqanıstan mədəniyyətinə də aidiyyatı yoxdur. Onlar buna tabe olmamalıdırlar. Bu qərarı kim veribsə, “Taliban” rəhbərliyi bu qərarla razılaşmamalıdır. Bu, Əfqanıstana zərər verir, Əfqanıstanın imicinə xələl gətirir”.

H.Kərzai həmçinin, İslam Əmirliyinin 7-12-ci siniflərdə oxuyan qızlara qadağa qoyması qərarını tənqid edib və deyib ki, Əfqanıstan xalqı qızların məktəbə getməsinə qadağa qoyulması qərarını heç vaxt qəbul etməyəcək.

Kərzainin sözlərinə görə, qızlar məktəbi ilə bağlı “bədbəxt” qərar Əfqanıstana çox zərər vurub: “Qızların təhsili məsələsi Əfqanıstanın ləyaqəti üçün əsasdır, buna görə də heç bir güzəşt yoxdur. Əfqan xalqı bu qərarı heç vaxt qəbul etməyəcək. Onlar və ölkə üçün ən yaxşısı qızların tez bir zamanda məktəbə qayıtmasıdır. Mən bunu qəti şəkildə pisləyirəm və “Taliban”ın qızların mümkün qədər tez – sabah məktəbə qayıtmasına icazə verməsini istəyirəm”.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol