“The Wall Street Journal” yazır ki, ABŞ təhqiqatçıları Rusiya prezidenti Vladimir Putinə yaxın şəxsin pul yuyulmada rolunu araşdırır.
Qəzet noyabrın 5-də yazıb ki, ABŞ Ədliyyə Departamenti və Nyu York prokurorları rusiyalı milyarder Gennady Timchenko-nun ABŞ maliyyə sistemi ilə çirkli pul köçürüb-köçürmədiyini öyrənir. Həmin vəsaitin Rusiyada korrupsiya sazişləri ilə bağlı olduğu güman edilir.
Məlumata görə, Timchenko-nun yaratdığı, qərargahı Cenevrədə olan Gunvor Group firmasının Rusiyanın dövlət neft şirkəti Rosneft-dən neft alıb və onu üçüncü tərəfə satdığına dair sazişlər araşdırılır.
Qəzet yazır ki, “son bir neçə ayda təhqiqatçılar Gunvor-un qoyduğu qiymətlər barədə informasiya istəyib”.
Putinə yaxın, güclü biznesmenlərdən olan Timchenko ABŞ sanksiyalarına ilk məruz qalanlardan olub. /AzadlıqRadiosu


Şərhlər