BRİTANİYA HƏRBİ GƏMİLƏR GÖNDƏRMƏYƏ HAZIRDIR – Qara dənizdə buğda daşıyacaq gəmiləri qorumaq üçün...

Böyük Britaniya Ukraynaya işğalçılar tərəfindən bloklanmış limanlardan buğda daşıyacaq gəmiləri müşayiət edə biləcək hərbi gəmilər göndərməyə hazırdır. Artıq müxtəlif ölkələrdən ibarət, necə deyərlər, «koalisiyanın» yaradılması barədə danışıqlar aparılır - onlar Britaniya təşəbbüsünə qoşulacaqlar.

Bu barədə «The Times» qəzeti xəbər verib. Nəşrin məlumatına görə, Böyük Britaniya müttəfiqlərlə Qara dənizə hərbi gəmilər göndərmək barədə danışıq aparır. Bu gəmilər Ukrayna buğdası daşıyan yük gəmilərini müdafiə edə biləcəklər.

«Arzu edənlərin koalisiyası» bir neçə həftədə Rusiyanın blokadasını yarmağa çalışacaqlar və Bosfordan keçməklə, Odessadan «müdafiə dəhlizi» yaradacaqlar, -qəzet yazır.

Xəbər verilir ki, artıq təhlükə var ki, dünyada ərzaq böhranının qarşısını almaq üçün vaxt bitir. Ona görə də, nəşrin məlumatına görə, ABŞ-da artıq bəyan ediblər ki, Rusiya gəmilərini məhv etmək üçün uzaq mənzilli raketlər göndərirlər.

«Litvanın xarici işlər naziri Qabrelyus Britaniyanın xarici işlər naziri Liz Trassla dəhliz məsələsini müzakirə edib və deyib ki, koalisiyaya bəzi NATO ölkələri və buğdadan asılı olan digər ölkələr daixl ola bilərlər. Ehtimal edilir ki, buğda çatışmazlığından əziyyət çəkən Misir koalisiyada iştirak edə bilər» - qəzet dəqiqləşdirir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar