Menu

“Rəqabət Məcəlləsi” layihəsi Milli Məclisə təqdim olunacaq - 20 ildən sonra

25.05.2022, 13:42
“Rəqabət Məcəlləsi” layihəsi Milli Məclisə təqdim olunacaq -  20 ildən sonra

“Artıq “Rəqabət Məcəlləsi” layihəsi hazırdır. Uzun müddət müzakirə edilən layihə Nazirlər Kabinetinə təqdim olunub”.

“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, sənəd rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.

“Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb”,-iqtisadçı vurğulayıb.

Millət vəkili əlavə edir ki, layihə Milli Məclisə təqdim olunduqdan sonra sənəd ilə bağlı daha ətraflı müzakirə aparıb və fikir bildirmək mümkün olacaq: “Bununla yanaşı, “Rəqabət Məcəlləsi” layihəsinin hazırlanması islahatlarda yeni mərhələ kimi xarakterizə olunmalıdır. Aydındır ki, iqtisadiyyatda rəqabətin tam formalaşması, haqsız rəqabətin aradan qaldırılması prioritetdir. Liberal iqtisadiyyatın formalaşması tam rəqabət mühiti tələb edir. Məcəllə haqsız rəqabətə, istehlak bazarına yersiz müdaxilələrə qarşı fəaliyyətlərin sistemləşməsinə və ünvanlılığın dəqiqləşməsinə imkan verəcək. Bu həmçinin islahatların daha da dərinləşməsi üçün yeni bir imkan deməkdir”.

Xatırladaq ki, “Rəqabət Məcəlləsi”nin qəbul olunması 20 ildən artıqdır ləngidilir və bu da ekspertlər tərəfindən daim tənqid olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol