BAYRAKTAR "MiQ-29”-la BAKI SƏMASINDA - “Akıncı”nı müşayiət etdi + VİDEO

“TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Azərbaycan səmalarında ilk dəfə döyüş təyyarəsi idarə edib.

Bu barədə Səlcuq Bayraktar “Facebook” hesabında yazıb.

“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq Can Azərbaycan səmalarında nəsib oldu”, - deyə S.Bayraktar bildirib.

S.Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə azərbaycanlı pilot, polkovnik Zaur Rüstəmovla birlikdə “Akıncı” pilotsuz uçuş aparatı ilə yanaşı uçuş icra edib:

“MiQ-29” ilə “Akıncı”nın qolunda “TEKNOFEST” üçün Bakı üzərində uçmaq hissi tərifolunmazdır”.

***

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar "Teknofest Azərbaycan" festivalının keçiriləcəyi ərazidə olub.

"Report" xəbər verir ki, o, festivalda iştirak edəcək startaplara baş çəkib.

Daha sonra qonaq media nümayəndələri ilə ərazini gəzib və jurnalistlərin suallarını cavablandırıb.

635x100

Şərhlər

Veteran 2022-05-26 10:55:02

Eşq olsun !

Türk Turan 2022-05-25 23:55:16

Allaha həmd olsun!

Son yazılar