ƏLİ ABDULLAYEV İŞDƏN ÇIXARILDI - Nazirlikdən açıqlama (Yenilənib)

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.

Bu barədə "Report"a nazirin müşaviri Rəşad Bayramov məlumat verib.

Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı sərəncamlarla Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər.

İndiyədək digər nazir müavinləri isə Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov olub.


***

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

"Report"un xəbərinə görə, bu vəzifə Prezident İlham Əliyevin mayın 24-də imzaladığı “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla ləğv olunub.

Sənədə əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirinin 5 müavini olacaq.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsini Əli Abdullayev tuturdu.

635x100

Şərhlər

Rabitəçi 2022-05-31 09:52:28

Əlinin, Raminin fəaliyyətləri yoxlanılmalı və hüquqi qiymət verilməlidir ?

Rabitəçi 2022-05-27 00:39:50

Ramin Quluzadə və Əli Abdullayev rabitənin belini qirıb ???

İ.Mustafaoğlu 2022-05-26 23:15:55

Əli Abdullayevin Rabitə Nazirliyindən azad olunması, rabitənin inkişafı deməkdir ! Ramin Quluzadənin və onun iş fəaliyyətləri təhlil olunmalıdır. çünki peşəkar rabitəçilərin məhyv olunmasında onların müstəsna xidmətləri var ?

Vətən daşına. 2022-05-26 19:03:21

Kakraz Əli Azərsuyun müaveni Etibarın kürəkənini ən yüksək idarənin rəisi təyin edib özüdə 28 yaşı var rabitəni oxumayıb bilmir Əliyə görə bu boyda birliyə rəhbərlik edir indidə Etibar bunu Əli üçün edəcək.

Arif Əliyev rabitəçi 2022-05-26 18:01:48

Bu adam prezidentin 12 yanvar 2018 -ci il tarixində imzaladığı 1785 saylı fərmanından saxtakarlıq edərək kütləvi şəkildə peşəkar rabitəçiləri işdən qovaraq onların yerinə qeyri peşəkarları neqativ yollarla işə götürdü,mən umidvaramki,hüquq mühafizə orqanları bu məsələni mutləq araşdıracaq.

Veten dashi 2022-05-26 10:59:11

Azərsu böşdu yəqin ora göndərərlər.Anarin yaxınıdı narahat olmayın...

Elif 2022-05-26 09:07:23

Fotosundan qonorlu birinə bənzəyir.

Teymur 2022-05-26 07:53:40

Bu olkede duzelen hechne yoxdu. Dagidanin biri gedir o birsi gelir. Hechne deyismir. Camahat da eziyet cekir

Shamil mellim 2022-05-26 00:17:46

Ela

Vətəndaş 2022-05-25 20:54:38

Təbrik edirəm! haqsızllğa uğramış bütün rabitəçilər..i Əli Abdullayev nə qədər rabitəçilərin çörəyinə bais oldu..Bilmirdi vəzifə əbədi deyil?

Oxucu. 2022-05-25 19:32:44

Əli bütün nazirliyin idarələrinə rəisləri və digər vəzifələrinə yaxınlarını təyin edib,görəsən onların axırı necə olacaq.

Rabitəçi. 2022-05-25 19:26:42

Allaha çox şükür,hələ rabitəyə belə neqativ məmur gəlməmişdi,həm rabitəçilərə həmdə rabitəyə ən böyük zərər vurdu,düzdür bunu Ramin Quluzadənin əliylə etdi amma təkliflər bunun idi,vaxtilə Ramiz Mehtiyev üçün Novxanıda çox torpağı özəlləşdirmişdi,üstəlik atasınında ağsaqqala yaxşı münasibətləri var idi.

Son yazılar