Menu

"Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib" - Çavuşoğlu

26.05.2022, 14:49
"Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib" - Çavuşoğlu

“Ukrayna danışıqları dayandırdığını elan edib. Hazırda döyüş meydanında mübarizə gedir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Rusiya və Ukraynadakı hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Atəşkəs müzakirələri ikinci plana keçib. İtaliyanın təşəbbüslərinin nədən ibarət olduğunu tam bilmirik. Bu mövzuda heç kimlə rəqabət aparmırıq. Kim sülh üçün səy göstərirsə, ona dəstək olmağa hazırıq”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol