“YENİ SİLAHLARLA İŞĞALÇILARI QOVACAĞIQ” - "Rusiya etdiklərinin bədəlini hiss edəcək"

Ukraynanın ehtiyac duyduğu silahların tədarükü döyüşlərin xarakterini dəyişdirə və işğalçıların ölkə ərazisindən çıxarılmasını sürətləndirə bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz neçə vaxtdır Ukraynanın döyüşün xarakterini dəyişdirmək, işğalçıların qovulması istiqamətində daha sürətli və daha inamlı hərəkətə başlamaq üçün lazım olan bütün silahlarla təmin edilməsi üçün mübarizə aparırıq. Bütün silahlar, o cümlədən MLRS-lə (raket yaylım atəş sistemi - red.). Bu aqressiyanı dayandırmaq üçün real zəruri olan sistemlərlə. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək”, - dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarının əvvəllər buna son qoymaq və “indi Rusiya həqiqətən də Ukraynaya, Avropa birliyinə və azadlığa qarşı etdiklərinin tam bədəlini hiss edəcək”, - demək üçün çox imkanları olub.

635x100

Şərhlər

Roma 2022-05-27 14:05:43

"Biz neçə vaxtdır Ukraynanın döyüşün xarakterini dəyişdirmək, işğalçıların qovulması istiqamətində daha sürətli və daha inamlı hərəkətə başlamaq üçün lazım olan bütün silahlarla təmin edilməsi üçün mübarizə aparırıq. Bütün silahlar, o cümlədən MLRS-lə (raket yaylım atəş sistemi - red.). Bu aqressiyanı dayandırmaq üçün real zəruri olan sistemlərlə. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək”, - dövlət başçısı Zelenski bildirib...Cənab Zelenski sizin bu sözləriniz qəlbimə məlhəmdir: “YENİ SİLAHLARLA İŞĞALÇILARI QOVACAĞIQ” - "Rusiya etdiklərinin bədəlini hiss edəcək"...

Roma 2022-05-27 10:08:22

Zelenski: “İndi Rusiya həqiqətən də Ukraynaya, Avropa birliyinə və azadlığa qarşı etdiklərinin tam bədəlini hiss edəcək”. Halaldı sizə cənab Zelenski, mərd insansınız. Bəlkə də dünyada, cəmi 3-4 nəfər Rusiya ilə sizin kimi qorxmadan döyüşə girərdi...

Son yazılar