Menu

Daha bir sığorta şirkətinin lisenziyası dayandırıldı

06.11.2014, 11:28
Daha bir sığorta şirkətinin lisenziyası dayandırıldı

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Başak-İnam" Sığortanın lisenziyasını dayandırıb.

Bu barədə SalamNews-a Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar «Başak- İnam Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 04 noyabr 2014-cü il tarixdən dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol