Menu

Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib

27.05.2022, 12:00
Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə xoşbəxtlik və xalqınıza rifah arzularımı bildirməkdən böyük məmnunluq duyuram".

Şərhlər

Eldəniz 2022-05-27 13:38:56

Hal hazırda Yer planetində yeganə qalan imperator budur .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol