“Oğlumu hələ görə bilməmişəm. Bakıda xəstəxanadadır. Kənddə, evimdə oğlumu səbirsizliklə gözləyirəm. Onun azadlığına qurban kəsəcəm”.
Bunu Gündəm.az-a açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov deyib.
Y.Müslümov qeyd edib ki, oğlunun azadlığa buraxıldığı gün onun ən xöşbəxt günü olub: “Mənim 80 yaşım var. Güclə gəzirəm, danışıram. Biləndə ki Səlimin səhhəti ağırdır, bu mənə pis təsir etdi. Şükür Allaha, onu azadlığa buraxdılar. Mənim oğlum ziyalı, tərbiyəli insandır. O heç vaxt əyri işlər görməz. Ona qarşı irəli sürülən ittihamlara inanmıram”.
Sabiq nazirin atası hazırda evində oturub oğlunun yolunu gözlədiyini bildirib: “Hələ xəstəxanadadır. Evə buraxmayıblar. Yəqin yaxın günlərdə gələcək. Onu görəndən sonra dünyadan rahat köçə bilərəm”.
Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Şərhlər
Yeniden qayidib ashiq muradin destesine qoshulacaqsa vay onun halina, bu halda omurluk hebs olunacaq.
Hörmətli Yanvar əmi. Allah Sənin canını sağ eləsin və Səlimi də sənə çox görməsin. Deyirsən ona irəli sürülən ittihamlara görə deyirsən: "Mənim oğlum ziyalı, tərbiyəli insandır. O heç vaxt əyri işlər görməz. Ona qarşı irəli sürülən ittihamlara inanmıram”." lap yaxşı, Səlimin özündən soruşarsan bu barədə...Səlim sıradan biri deyil ki, cibinə narkotik atalar və ya şərləyib həbs edələr, professordur, uzun illər böyük vəzifələrdə olub və s. Nə isə bu boyda yalan olmaz....
Su axar, çuxurunu tapar. Səlim türmədən gəlib nazir olmuşdu, türməyə də qayıtdı. Buraxsalar yenə hərənin, fırlanıb ora qayıdacaq. Çünki daha adətkar olub. Kül Səlimin alim təpəsinə ki, qoşuldu Ziya Məmmədova elə bildi ki, Ziya və ya Anar prezident olacaq. Son günə qədər buna inanırdı. Səlim Rusun adamı idi. Amma orta əhəmiyyətli sayılırdı deyə onun dərsini vermək məsələn Abbas Abbasov kimi çox da çətin olmadı.

Çox pis ki buraxıldı , başına daş
Düşsün
Görəsən bunun atası birazcada olsa utanır?