Rusiya Federasiyasında Ukraynadakı müharibəni peyklərin köməyi ilə izləmək ehtiyacından danışıblar.
Bunun üçün 1000 ədəd aparat lazımdır, Rusiyada isə onların sayı cəmi 161-dir.
Bu barədə «Roskosmos»un Baş direktoru Dmitri Roqozin «İnterfaks»a bəyan edib.
«Bizim üçün ən başlıca mövzu - miqyaslı orbital qruplaşmanın yerləşdirilməsidir. Biz, bunu etmək istəyirik. Peyklər nə qədər çox olsa, bu, indi ordu üçün lap vacibdir. O, 24 saatlıq rejimdə daim görməli, Ukraynadakı döyüş səhnəsində baş verənləri izləməlidir» - Roqozin danışıb.
Onun sözlərinə görə, peyklər həm də «mülki tapşırıqlar» üçün istifadə oluna bilər, onların sayı Rusiyada 161-dir, ancaq 1000 ədədi lazımdır.
AzPolitika.info


Şərhlər