RUSLAR 2 YAŞAYIŞ MƏNTƏQƏSİNDƏN DƏ ÇIXARILDI... - Baş Qərargah son vəziyyəti açıqladı

“Belarus Silahlı Qüvvələri Volın və Polissya ərazilərində Belarus-Ukrayna sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Belarus ərazisindən infrastruktur obyektlərinə və Müdafiə Qüvvələrinin bölmələrinə zərbələr endirilməsi təhlükəsi var”.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Şimal istiqamətində isə düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər görür. Qarşı tərəf Xarkov istiqamətində aktiv hücum əməliyyatları keçirməyib. Müdafiə Qüvvələrinin ehtimal olunan fəaliyyət sahələrinin uzaqdan minalanması işləri aparılıb. Əsas səylər işğal olunmuş mövqelərin saxlanmasına, itkilərin və ehtiyatların artırılmasına, həmçinin hücumun bərpasına şərait yaradılmasına yönəldilib. Təmas xətti boyunca bölmələrimizə atəş zərbələri, raket zərbələri davam edir. Rusiya Silahlı Qüvvələri bəzi istiqamətlərdə uğur qazana bilməyib və itki verib- deyə, məlumatda bildirilir. 

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində Rusiya qoşunları xeyli itki verərək Novopil və Novodarivka yaşayış məntəqələri ərazilərində geri çəkilib: Cənub Buq istiqamətində işğalçılar əsas səylərini işğal olunmuş sərhədlərin saxlanmbsına yönəldiblər. Döyüşlər davam edir. Rusiyada gizli səfərbərlik tədbirləri davam edir. Voronej vilayətində ehtiyatda olan hərbçilər hazırlanır. Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində qarşı tərəfin 8 hücumu dəf edilib. Həmçinin 5 tank, 10 zirehli döyüş maşını, 4 texnika vurulub. Hava hücumundan müdafiə bölmələri Orlan-10 PUA-larını məhv edib. Xarkov vilayətində Hücum Qoşunlarının hərbçiləri Ka-52 döyüş helikopterini vurublar”.

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı da məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 330 ədəd tankı, 3 258 ədəd zirehli döyüş maşını, 628 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 116 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar