Menu

Türkiyə İraqın şimalında 18 terrorçunu zərərsizləşdirib

29.05.2022, 00:39
Türkiyə İraqın şimalında 18 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 18 silahlısını zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın 3 rayonunda aprelin 18-dən bu yana davam edən "Pençe-Kilit" əməliyyatı bölgəsində PUA terrorçulara hücum edib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol