Menu

İspaniya Latviyaya 100 əsgər və zenit-raket kompleksləri göndərəcək

29.05.2022, 12:40
İspaniya Latviyaya 100 əsgər və zenit-raket kompleksləri göndərəcək

İspaniya NATO-nun Baltikyanı regionda mövcudluğunun artırılması çərçivəsində Latviyada əlavə 100 hərbçi və NASAMS tipli mobil zenit-raket kompleksləri yerləşdirməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Müdafiə Nazirliyi bildirib ki, İspaniya Latviyada ya NASAMS tipli mobil zenit-raket kompleksləri, ya da Norveçin qabaqcıl yer-hava raket sistemi ilə təchiz olunmuş bateriyasını yerləşdirə bilər.

Artıq İspaniyanın 500-ə yaxın hərbi qulluqçu Baltikyanı regionda yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol