"Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbəri təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm".
“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.
"Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minaların təmizlənməsini dəstəkləyir”, - səfir qeyd edib.
Qeyd edək ki, mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayev minaya düşməsi nəticəsində çoxsaylı qəlpə yarası alıb.


Şərhlər
Bəs, vətəndaşlar minadan təmizlənməmiş ərazilərə buraxılmırdı? Belə xəbər də vardı ki, insanlığa, ətraf mühitə qarşı vəhşi terrorçular Qarabağda minaları iki mərtəbə-yəni, ilkin 2 metr, üstdən 1 metrdən sonra birini də basdırırmışlar?