“Əgər mənim qohumlarımdan kimlərsə arxamda gizlənib adımdan qanunu pozmaq üçün istifadə edibsə, o zaman cavab verməlidir”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tanınmış qazax politoloqu Daniyar Aşimbayevə müsahibəsində deyib.
N.Nazarbayevin sözlərinə görə, həmin adamların günahı məhkəmədə sübuta yetirilməlidir: “Unutmaq olmaz ki, hər bir vətəndaşın müdafiə hüququ var”.
Nazarbayev deyib ki, uzun illərdir ki, biz Qazaxıstanda hüquqi dövlət qururlur: “Onun əsas prinsipi qanunun hamı üçün eyni olmasıdır”.
“Yəqin hamı Rahat Əliyevlə bağlı məsələni xatırlayır. O, qızımın əri idi, oğul, nəvələrimin atası idi. Amma bütün bunlar onun qanunsuz əməllərinə göz yummasına səbəb olmadı. O, Qazaxıstan məhkəməsi tərəfindən məhkum edilib. Lakin o, qaçmağı bacardı və ömrünün sonuna qədər gizləndi. Qibtə edilməyəcək taledir”, – deyə Qazaxıstanın birinci prezidenti bildirib.
“AzPolitika.info”


Şərhlər