Menu

Çavuşoğlu Ukraynadakı müharibənin Rusiyanın Suriyadakı hərbçi sayına təsirindən danışıb

31.05.2022, 11:46
Çavuşoğlu Ukraynadakı müharibənin Rusiyanın Suriyadakı hərbçi sayına təsirindən danışıb

“Rusiyanın Suriyada iki önəmli bazası var. O bazalardakı mövcudiyyəti davam edir. Digər tərəfdən, əldə etdiyimiz kəşfiyyat məlumatlarına əsasən, içəridə bəzi bölgələrdən başqa bölgələrə köçürülmələr olur”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.

“Bundan başqa, son görüşdüyümüz bölgə ölkələri Rusiya qüvvələrinin Suriya-İordaniya sərhədindən geri çəkildiyini, ölkənin içinə doğru getdiyini söyləyirlər. Yəni Ukraynadakı müharibədən dolayı dəyişikliklər ola bilər, lakin say baxımdan çox ciddi dəyişiklik müşahidə etmirik”, - XİN başçısı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol