TOVUZ və KƏLBƏCƏRDƏ ATIŞMA ... - Ordumuzun bölmələri düşmənə cavab verib

Dövlət sərhədində Azərbaycan mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.

635x100

Şərhlər

dadaşyev 2022-06-01 12:03:13

Bizə erməni tərəfdən nə atılırsa hamısı Rusiyanın təxribatıdı ki,dünya hesab etsin ki hələ sülhə çox uzun yol var.ermənistanda olan mitinqləri də Rusiya təşkil edir ki,Paşinyan bizimlə sülhə gəlmək fikrindən daşınsın.Və bu mitinqlər elə Paşinyanın da ürəyindəndi ki,mitinqləri bəhanə edib sülh prosesini uzatsın.Rus-erməni fırıldağıdı yəni bütün bu əcaibliklər.Rus heç vaxt istəməyib və bundan sonra da istəməz ki ,iki qonşu xalq mehriban yaşasın.Çünki mehribanlıq olsa rusun üzünə cənubi Qafqaz qapıları tamamən bağlanacaq.

Son yazılar