Menu

Nikahda lider bölgələr...- SİYAHI

01.06.2022, 16:40
Nikahda lider bölgələr...- SİYAHI

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 14606 nikah rəsmiləşib, əhalinin hər 1000 nəfərinə 5,9 nikah düşüb. Novator.az bildirir ki, hər 1000 nəfərə nikahın daha üstün olduğu rayon və şəhərlər də var:

Beyləqan – 8,1

Ağcabədi – 8

Tovuz – 7,9

Bərdə – 7,7

Kəlbəcər – 7,6

Naftalan, Yardımlı – 7,5

Goranboy, Oğuz, Zərdab – 7,3

Bakının Qaradağ rayonu, Samux – 7,1

Bakının Sabunçu rayonu, İmişli, Sabirabad – 7

Ağdam, Lerik – 6,9

Bakının Suraxanı rayonu, Qazax, Saatlı – 6,8

Laçın, Tərtər – 6,7

Bakının Binəqədi rayonu, Biləsuvar, Daşkəsən, Füzuli, Kürdəmir, Şirvan – 6,6

Qobustan, Qubadlı – 6,4

Bakının Xətai rayonu – 6,3

Bakının Nərimanov rayonu, Ağdaş – 6,2

Göyçay, Zaqatala – 6,1

Qax, Zəngilan – 6.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə əhalinin hər 1000 nəfərinə 10,4 nikah qeydə alınıb. Bu, ən yüksək göstəricidir.

Hər 1000 nəfərə ən az nikah 2020-ci ildə kəsilib – 3,5. Bu, koronavirus pandemiyası fonunda tətbiq edilən toy qadağasından irəli gəlib. Azərbaycanda toy mərasimləri həmin il martın 16-dan 2021-ci il iyulun 1-dək yasaq altında olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol