Menu

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?

01.06.2022, 17:16
Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb. “Report”un xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb: "Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".

Tələbə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol