Menu

"Türkiyə PUA sahəsində super güc olacaq" - TB2-dən sonra TB3 gəlir

02.06.2022, 11:36
"Türkiyə PUA sahəsində super güc olacaq" - TB2-dən sonra TB3 gəlir

ABŞ-ın “Forbes” jurnalı Türkiyənin yaxın aylarda istifadəyə verəcəyi Bayraktar TB3-lər barədə məqalə yayımlayıb.

Məqaləyə görə, TB3-lər dünya miqyasında uğurlara imza atan əvvəlki növlərindən daha güclü olacaq. Məqalədə deyilir: “Bu, Türkiyənin PUA sahəsində super güc olmaq istəməsinin nümayişidir. Yeni PUA Suriya, Qarabağ, Liviya və Ukrayna müharibələrində uğurları ilə tanınan TB2-nin xələfi olacaq. Yeni PUA-lar F-35-lərin əvəzinə TCG Anadolu gəmisinə də yerləşdiriləcək. TCG Anadolu gəmisinə 50 PUA yerləşdirilməsi nəzərdə tutulur”.

Məqalədə Türkiyənin pilotsuz uçuş apartları sahəsində əldə etdiyi uğurlardan bəhs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol