Menu

Qazaxıstana Rusiyadan gələn turistlərin sayı yeddi dəfə artıb

02.06.2022, 12:06
Qazaxıstana Rusiyadan gələn turistlərin sayı yeddi dəfə artıb

Bu il Qazaxıstana Rusiyadan gələn turistlərin sayı 7dəfə artıb.

Bu barədə «Kazakh Tourizm» milli səhmdar şirkətinin icraçı direktoru Daniel Serjanulı xəbər verib. Xəbəri mayın 31-də «Kazinform» İA yayıb.

Onun sözlərinə görə, respublikada rusiyalı turistlərin sayı mümkündür ki, daha da artsın, nədən ki, bu günlərdə Omskda, Novosibirskdə, Yekaterinburqda, Sankt-Peterburqda və Moskvada Qazaxıstan turizminin təqdimatları keçirilir.

«Artıq indi qonşu ölkədən bizə şop-turla gəlirlər» - Serjanulı deyib.

O, qeyd edib ki, bu il daxili turistlərin sayı respublikada 6 milyon nəfəri adlayacaq. «Ölkədə turizm mövsümü ancaq başlayr. Bu il proqnoz edilir ki, 6 milyondan artıq Qazaxıstan turisti ölkə daxilində turist səfəri edəcək. Mümkündür ki, bu rəqəmlər artsın. Biz, istəyrik ki, göstərilən xidmətlərin keyfiyyətini qaldıraq, turistlər üçün lazım olan şəraiti yaradaq. Xüsusilə əhəmiyyətlidir ki, sistemli, təşkil olunmuş turizmi irəli aparaq. Üstəlik də nəzərə almaq lazımdır ki, xarici turistlərin arzularına diqqət yetirilsin. Ölkəyə tez-tez Rusiyadan və MDB ölkələrindən qonaqlar gəlirlər» - Serjanulı deyib.

O, əlavə edib ki, daxili turizmin inkişafında Qazaxıstan ərəb ölkələrinin təcrübəsinə əsaslanır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol