Menu

Azərbaycanlı iş adamından Ukrayna ordusuna böyük dəstək - Dördüncü dəfə 1 milyon maliyyə yardımı etdi

02.06.2022, 22:31
Azərbaycanlı iş adamından Ukrayna ordusuna böyük dəstək - Dördüncü dəfə 1 milyon maliyyə yardımı etdi

“Ta qədim zamanlardan bu yana aqillər haqlı olaraq deyərdilər ki, insanı sözlərinə görə yox, əməllərinə görə tanı. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyev də Vətənə sədaqətlə xidmət etməsini elə məhz öz əməllərilə göstərib və göstərir. Oktay Əfəndiyev artıq dördüncü dəfədir ki, Ukrayna ordusuna 1 milyon qrivna məbləğində maliyyə yardımı edir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov özünün “feysbuk” hesabında paylaşım edib.

O, bildirib ki, təvazökarlığı ilə seçilən Oktay Əfəndiyev özü bunu xoşlamasa da, onun əməllərinin ictimailəşdirilməsi olduqca vacibdir: “Əfəndiyev nümunəsi Azərbaycan xalqının xeyirxahlıq, darda olana əl tutmaq kimi nəcib keyfiyyətlərini büruzə verməklə başqalarını da hərəkətə gətirməlidir. Oktay Əfəndiyev Ukrayna Ordusuna maliyyə yardımlarından əlavə, ərazi müdafiə dəstələrinə və maddi sıxıntıya düçar olan mülki əhaliyə də ərzaq yardımları göstərir...”

Xatırladaq ki, uzun müddət Ukraynadakı Azərbaycan diasporasına rəhbərlik etmiş Oktay Əfəndiyev müharibənin ilk günlərindən öz komandasıyla birlikdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan insanlara maddi və mənəvi yardımlar edir.

O, bundan öncə də Ukayna Ordusunun yardım fonduna 3 dəfə milyon qrivna məbləğində vəsait köçürüb.İş adamı maddi yardımlarıyla yanaşı, Ukraynada müharibə nəticəsində dağıdılmış infrastrukturların bərpasında yaxından iştirak edir və Ukraynanın müxtəlif bölgələrində şəxsi hesabına ərzaq yardımları paylayır.

Onu da qeyd edək ki, Oktay Əfəndiyev 2006-cı ildə ölkə başçısı tərəfindən “Şöhrət Ordeni” ilə təltif edilib.

“AzPolitika.info” 

Şərhlər

GƏNCƏ 2022-06-03 09:46:52

Səfir deyilən.... isə orda -burda ....

RAHİM 2022-06-02 22:21:48

O GÜN OLSUN Kİ rəyin olunan deputat da OQTAY BƏY KİMİ XEYİRXAH OLUB QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ QAYĞI GÖSTƏRƏRDİLƏR.

RAHİM 2022-06-02 22:17:17

OQTAY BƏYDƏN DƏ ÇOX-ÇOX VARLI deputatlar YAXŞI OLAR ki Qazi və ŞƏHİD AİLƏLƏRİNƏ GƏKİRLƏRİNİN 10%-ni ayırırdı.

DANKO 2022-06-02 19:41:28

Oqtay Əfəndiyevə Azərbaycan və Ukrayna Xalqı adından dərin təşəkkürlərimizi bildiririk! Çox sağ ol ey böyük ürəkli insan!

t.ədalət 2022-06-02 18:33:39

Qarabağ müharibəsinin başlanğıcında Ukraynalılar da bizə xeyli yardımlar etdilər.Ukraynalı zabitlər ön cəbhədə bizimlə birlikdə oldular.Ukrayna ərazisindən bizə hərbi yüklər gətirdilər,həm də uçuşlar təmənnasız icra olunurdu.

Türk Turan 2022-06-02 17:20:23

Təşəkkür edirik, minnətdarıq. Allah razı olsun Oktay Əfəndiyevdən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol