Fransaya səfər edən ABŞ dövlət katibi Con Kerri noyabrın 5-i jurnalistlərə açıqlamasında Qərbin İranla apardığı nüvə müzakirələrindən danışıb.
“Media forum” saytının məlumatına görə, Con Kerri deyib ki, ABŞ hökuməti İranla danışıqların vaxtının uzadılmasını istəmir: “Biz İranın nüvə probleminə biryolluq son qoymağa çalışırıq. Danışıqların vaxtının uzadılmasını düşünmürük. Hesab edirik ki, müzakirələr təyin edilmiş vaxtda nəticəsini verməlidir. Əgər danışıqlar vaxtında nəticə verməsə, noyabrın 24-dən sonra İranla nüvə razılaşması çox çətin olacaq və problem daha da mürəkkəbləşəcək”.
5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla apardığı nüvə danışıqlarının noyabrın 24-nə qədər nəticə verə biləcəyi gözlənir.


Şərhlər