Biz Türk Dövlətləri Təşkilatını çox effektiv bir təşkilat halına gətiririk.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, bu təşkilata son zamanlar çox maraq yaranıb, həmçinin, müşahidəçi statusunu almaq istəyən ölkələrin sayı da artıb.
Nazir əlavə edib ki, bu ilin sonu TDT-nın Özbəkistanda baş tutacaq zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinə müşahidəçi statusu veriləcək.


Şərhlər