Milli Məclisdə 2022-ci il üzrə büdcəyə yenidən baxılması ilə bağlı fikirlər səsləndirilib.
Xatırladaq ki, 2022-ci ilin büdcə gəlirləri 26.816 milyard, xərcləri isə 29.879 milyard manat proqnozlaşdırılıb. Sənəddə Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları nəzərdə tutulub. Hazırda Azərbaycan neftinin bir bareli 125 dollardan yüksəkdir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, büdcənin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.4 milyard manat və ya 30 faizə yaxın artıq olub.
Yanvar-aprel aylarında büdcənin xərcləri isə 8 milyard 169 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən təqribən 640 milyon manat və ya 8.55 faiz artıqdır. Nəticədə yanvar-aprel aylarında dövlət büdcəsinin profisiti 2 milyard 519 milyon manat təşkil edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də "Turan"a bildirib ki, hazırda Azərbaycan neftinin qiyməti 120 dolların üstündədir.
Onun sözlərinə görə, postpandemiya dövründə iqtisadi fəallığın artması nəticəsində qeyri-neft sektorundan da gələn vəsaitlər artıb: "İqtisadi fəallıqla yanaşı, həm də kölgə iqtisadiyyatının daralması nəticəsində həm keçən il kifayət qədər büdcəyə əlavə vəsait toplanılmışdı, həm də bu ilin büdcəsində profisit özünü göstərir".
Komitə üzvünün fikrincə, Azərbaycanda qiymətlərin artması rəsmi proqnozlardan kifayət qədər yüksəkdir: "Qiymət artımı ilə paralel sürətdə sosial proseslərin tənzimlənməsi məqsədilə atılan addımlarda əməkhaqqının, pensiyanın, müavinətlərin artırılması həyata keçirildi. Amma bu artımlar yetərincə qiymət artımını örtə bilmədi. Qiymət artımı əməkhaqqı, pensiya artımından qat-qat yüksəkdir".
O qeyd edib ki, bu, əvvəllər aztəminatlı vətəndaşların, indi isə artıq orta təbəqənin həyat səviyyəsinin aşağı düşməsinə təsir göstərir: "Əhalinin güzəranının pisləşməsinin qarşısını almaq üçün əməkhaqqı, pensiya və digər ödənişlərin yenə də artırılması və əlavə vəsaitin o məqsədə yönləndirilməsi vacibdir".
"AzPolitika.info"


Şərhlər
Hörmətli deputat ünvanlı (daha doğrüsu böyük hissəsi ünvasız)sosial yardımı uşaq puluna yönəltmək lazımdır.Yaşı 18 qədər bütün uşaqlara uşaq pulu vermək lazımdır.İstər imkanlı,istər imkansız fərq qoyulamadan.Onda bunun 1 ili sənin bir ili mənim söhbətləri olmayacaq. 7yaşa qədər uşaqlara qulluq edən ana və ya ataya bu müddət əmək stajı yazılmaqla vəziyyəti bir az düzəltmək olar.Onsuzda işsizlik baş alıb gedir.Elə oturub uşaqlarının qulluğunda durmaqla, həm də tərbiyəsilə məşğul olar.
Uşaq pulunu bərpa etmək, 7 yaşa qədər uşaqlara qulluq edən ana və ya atalara buna görə əmək stajı və əmək haqqı hesablanmalıdır. Usaqların tərbiyəsi onların normal böyüməsi üçün dövlət hər şey etməlidir.
BİZİM VƏZİYYƏTİMİZİ ƏLİ MƏSİMOV. VƏ VAHİD ƏHMƏDOVDAN BAŞQA DÜŞÜNƏN DEPUTAT YOXDUR QALANLARI YALNIZ ÖZÜNÜN VAR - DÖVLƏTİNİ ARTIRMAQ YOLLARINI AXTARIR. AZƏRBAYCANDA QALANLARI TƏYİN OLUNANLARDIRLAR.
Minimum əmək haqqı artırılmalıdır və gəlir vergisi 14 faizdən 10 faizə endirilmeli və 300 manata qədər əmək haqqından vergi tutulmamalidir
İnsafınız olsun uşaq pulu verin bu millətə.mənbəyin də mən deyim Dövlət idarələrinə alınan 50000.-250000.0 minlik maşınları hərraca cıxarıb satın ,hərəsinə bir öz istehsalımız olan maşın verin.Belə olsa vəzifəyə oturan kimi şişib əjdahaya dönməzlər.Görüntü yaratmaqdan əl cəkin ,bu millətin qəzəbindən qorxun...Mən əhalinin artımını ,hər evdə 3-4 uşaq olmasını istəməyənləri başa düşmürəm .Belələri kimdirsə bu millətdən deyil.