Menu

Qriqoryan Paşinyanın səhvini təkrarlamaqdan imtina etdi

02.06.2022, 18:37
Qriqoryan Paşinyanın səhvini təkrarlamaqdan imtina etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 2-də keçirdiyi brifinqdə hazırkı Baş nazir Nikol Paşinyanın müharibədən əvvəl “artsax Ermənistandır və bu qədər” tezisini təsdiqləməkdən yayınıb.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Qriqoryan Ermənistanın danışıqlar prosesini irəli sürdüyü mövqedən danışıb.

“Biz "artsaxda" (Qarabağ -red) yaşayan soydaşlarımızın təhlükəsizliyinə və “statusundan” qaynaqlanacaq hüquqlarına diqqət yetirməyə davam edirik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik” - deyə, Qriqoryan deyib.

Ondan Paşinyan ifadə etdiyi “artsax Ermənistandır və bu qədər” tezisinin doğruluğunu təsdiq edə biləcəyini soruşduqda Qriqoryan deyib ki, bu suala dəfələrlə cavab verilib. 

O, Paşinyanın səhvini təkrarlamayıb və bu ifadəni işlətməkdən imtna edib...

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol