Ukrayna artıq de-fakto Avropa İttifaqının bir hissəsinə çevrilib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq parlamenti qarşısındakı çıxışı zamanı bəyan edib.
«Ukrayna artıq de-fakto Avropa İttifaqının bir hissəsi olub. Biz, artıq həm ikitərəfli səviyyədə, həm də Aİ səviyyəsində, tam hüquqlü üzlüyə uyğun gələn əməkdaşlıq edirik. Bunu bizim bir-birimizi qorumağımızdan yaxşı nə sübut edə bilər?» - Ukrayna lideri deyib.
Zelenski əlavə edib ki, Lüksemburqdan Kiyevin Aİ-na üzvlüyə rəsmi namizəd statusu almasında kömək gözləyir.
Amma məlumdur ki, avropalı məmurların əksəriyyəti bunun əksi mövqeyindədirlər. Məsələn, mayın 31-də İtaliyanın Baş naziri Mario Draqi bəyan edib ki, Avropanın bütün böyük ölkələri Ukraynanın Aİ-a namizəd statusu almasının əleyhinədir.
Bundan əvvəl, Niderlandın Baş naziri Mark Ryutte bəyan edib ki, Ukraynanın tezliklə Aİ namzəd statusu almaq şansı böyük deyil. Fransanın Avropa işləri üzrə dövlət katibi Klemen Bonnun fikrincə, Ukraynanın Aİ üzv olması üçün 15-20 il vaxt lazım gələcək.
AzPolitika.info


Şərhlər