Menu

Təhsil Nazirliyi 4 milyon manatlıq 2 tenderə yekun vurub

03.06.2022, 10:27
Təhsil Nazirliyi 4 milyon manatlıq 2 tenderə yekun vurub

Təhsil Nazirliyi 2022-2023-cü tədris ilində ibtidai və orta təhsil proqramları üzrə dərsliklərin istehsalı ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi "Tuna" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,522 milyon manat və 2,419 milyon manat, ümumilikdə isə 3,941 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol