Menu

Zelenski Nevzorova və həyat yoldaşına Ukrayna vətəndaşlığı verdi - FOTO

03.06.2022, 16:22
Zelenski Nevzorova və həyat yoldaşına Ukrayna vətəndaşlığı verdi - FOTO

“Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib”.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalında yazıb.

“Cəsarətinizə, dürüstlüyünüzə, müharibənin dayandırılması üçün səmimi şəkildə yardım etdiyinizə və real vəziyyətin düzgün qiymətləndirilməsinə görə, Aleksandr və Lidiya, sizə təşəkkür edirəm”, – DİN başçısının müşaviri bildirib. O qeyd edib ki, martın 23-də Rusiyanın İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salma” ittihamı ilə iş açıb: “Buna səbəb Mariupolda doğum evinin vəhşicəsinə bombalanmasını Rusiya xalqına dürüst şəkildə anlatması olub”.

Qeyd edək ki, hazırda Rusiyada axtarışda olan Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorova bundan əvvəl Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib. Onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub. O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.

"AzPolitika.info"

Şərhlər

Veteran 2022-06-06 11:33:31

Hərbi pensiyaçı deyılənə cavab : sənin camaata tarıx dərsi verməyin etikadan kənardır.Görünür sən tarix dərsindən heç 2 qiymətdə ala biməmisən.Ukrayna xalqı boyük xalqdır ,özüdə tarixi kökləri cox dərindir.rus xalqı,rusiya kimi əldəqayırma dövlətsə hec olmayıb və İNŞALLAH bu yaxınlarda Ukrayna XALQININ rəşadəti nəticəsində tamamilə tarixin zibilliyinə gündəriləcək ,putinlə birlikdə GORBAGOR ediləcək.Az qalıb.

Hərbi pensiyaçı 2022-06-04 11:31:57

Ehtiyac yarandıqca biz Cənubi Azərbaycanı irandan və dərbəndi rusiyadan tələb etməliyik.

Hərbi pensiyaçı 2022-06-04 11:15:04

Ukrayna adında tarixdə dövlət olmayıb.Gedin tarixi öyrənin sonra sözünüzü deyin. Ermənistan Azərbaycan torpaqlarında yaradıldığı kimi ukrayna da rusiya , tüekiyə, macarıstan, polşa və s. torpaqlarında yaradılıb. Belə çıxır ki, biz ermənistanın ərazi bütövlüyünü tanımalıyıq. Sizcə bu düzgündür? Bizdə rusiya kimi ermənilərə verilən torpaqları geri almalıyıq. Bu daha ədalətli olardı.

Slava Ukraine 2022-06-03 18:41:00

Tovarş "herbi pesiyaçı" sizin başınıza gore , eyer orada rus adı varsa tenqid etmek olmaz?

Veteran 2022-06-03 17:56:45

Əgər rusiyaya vətən demək mümkün deyilsə onda necə ?

Hərbi pensiyaçı 2022-06-03 17:12:50

Prezidentdən xoşun gəlmiyə bilər. Ancaq buna görə Vətəninə dönük çıxan adamlara bir ad vermək olar- xəyanətkar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol