Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusuna 10 mindən çox adam yoluxduğunu bildirib.
Ebola ilə mübarizəyə cavabdeh BMT missiyasının rəhbəri ölümcül xəstəliyi dəf etmək üçün kifayət qədər ehtiyatlara malik olmadığını bildirib.
Tony Banbury Britaniya, Çin, Kuba və ABŞ-dan daxil olan əhəmiyyətli yardıma baxmayaraq təcili əlavə resurslara ehtiyac olduğunu qeyd edib.
BMT rəsmisi bəyanatla virusun ən çox yayıldığı 3 Qərbi Afrika ölkələrinə səfərdən sonra çıxış edib.
Cənab Banbury xəstəlikdən 4,818 adamın öldüyünü təsdiqləyib.
27-dən savayı bütün ölüm halları Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb.
Ağ evin rəsmilərinə əsasən prezident Barack Obama xəstəliklə mübarizəyə 6.2 milyard dolların ayrılması üçün konqresə müraciət etməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının sonuncu hesabatında Ebola virusuna 13,042 adamın yoluxduğu bildirilir. /BBC


Şərhlər