Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aymbetov 50 və 60-cı dəqiqələrdə iki dəfə fərqlənib.


Şərhlər
Dash bashvuza , havayi pullar xerclenir futbola( yarsida yeyilir ) oynamayinda bu oyunu !!!!!
Vallah mən belə başa düşürəm ki,Assosiasiyalarla,Rövnəqlərlə-Əhmədlərlə-Məmmədlərlə bizdə futbol olmayacaq.Millimizin baş məşqçisi kəsinliklə Azərbaycan insanı olmasa və o baş məşqçi də birbaşa,təkrar edirəm,BİRBAŞA hörmətli cənab Prezidentimizə bağlı olmasa bizdə futbol qətiyyən düzəlməyəcək.Baş məşqçi özü bütün respublika ərazisindən seçib əsas heyətin və əvəzləyici heyətin futbolçularını milliyə götürməlidir ki,əlinin üstündə əl olmasın,heç kim ona hərbə-zorba gəlməsin ki,filankəsi götür,mənim əmim oğlunun qaynıdı,peşmankəsi götür,bacanağımın əsgərlik dostudu-filan.Mən and içərəm ki,yalnız belə olsa Azərbaycan futbolu dünyaya səs salacaq.Amma yenə deyirəm:Baş məşqçidən asılıdı hər şey.Consonlarla,Cannilərlə,İvanov-Petrovlarla iş düzəlməz.Azərbaycan insanı olmalıdı baş məşqçi və də birbaşa hörmətli cənab Prezidentimizə bağlı olmalıdı.Korrupsioner aradüzəldənlərlə futbol düzəlməz.Baş məşqçiyə etimad göstərilsin,o bilsin ki,yalnız onun seçimindən asılıdı hər şey,vallah o zaman seçdiyi futbolçular Qubadan,Qazaxdan,Cəlilabaddan,Oğuzdan,Lənkərandan və sair olacaq və bütün Azərbaycanı təmsil etdiklərindən o futbol meydançasını şir-pələng kimi döyüş meydançası hesab edəcəklər.Mən artıq təsəvvür edirəm ki belə Azərbaycan futbolu nələrə qadir olacaq.